BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda karantin rejiminə tam nəzarət edilir-FOTO

Sumqayıtda karantin rejiminə tam nəzarət edilir-FOTO

2-08-2020, 12:18
Oxunub: 7 602 Sumqayıt Şəhər Polis İdarəsi və Sumqayıt çəhər icra hakimiyyəti tərəfindən Sumqayıt şəhərində vətəndaşların xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər davam etdirilir.
 
Sumqayıt şəhərində polis və daxili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir. 
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Sumqayıtda da iri ticarət mərkəzləri və "moll"arın fəaliyyəti tam dayandırılıb.
Ancaq iri ticarət mərkəzlərinin nəzdindəki və ya ayrıca fəaliyyət göstərən ərzaq mağazaları, apteklər öz fəaliyyətlərini davam edir.
 
Kafe, çayxana və internet klubları kimi digər ictimai-iaşə obyektləri də karantin rejimində bağlıdır.
 
Açıq fəaliyyət göstərən dönərxanalar, gül salonları və ərzaq məhsulları satan obyektlər isə onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün ara məsafəsi gözlənilməklə xidmət edirlər.
Bərbərxana, gözəllik salonları müəyyən olunmuş karantin qaydalarına uyğun fəaliyyət göstərir.
 
Şəhərin Mərkəzi bazarında, “Karvan” ticarət mərkəzində karantin rejiminin əməl olunmasına ciddi nəzarət olunur. 
Belə ki, bazarda süd və ağartı məhsullarının üzəri örtürülür , bazarda ara məsafəsi göslənilir və satıcıların hamısı maska taxır.
Ərazidə mütəmadi olaraq dezinfeksiya tədbirləri görülür, sanitariya-gigiyena qaydalarına əməl olunmasına ciddi nəzarət olunur.
Mobil qruplar şəhər ərazisində fəaliyyət göstərən marketlərdə, eləcə də məhəllə daxili ərazilərdə insanlarla maarifləndirmə işləri həyata keçirir, SMS icazənin olub-olmaması yoxlanılır.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, polis əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktik, həm də reyd xarakterli tədbirlər həyata keçirirlər. Sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparır, sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılır.
 Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bolgexeber.com bildirir ki, Sumqayıtda fəaliyyət göstərən heyvan satışı bazarlarının fəaliyyəti dayandırılıb.
Sumqayıt şəhər Polis İdarəsindən Bolgexeber.com –a verilən məlumata görə, pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilmir. Qeyd olunub ki, yol kənarlarında olan heyvan satışını həyata keçirən məntəqələrin də fəaliyyətinə qadağa qoyulub. Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər görülüb.
Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır. (www.qurbanliq.kendden.az).
Onlyan satışın yalnız Sumqayıt şəhər, Azərbaycan 20-ci məhəllə ərazisindən həyata keçirilməsi bildirilir.

Qeyd edək ki, Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz qurbanlıq ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.