BolgeXeber.Com » Xəbərlər » Nərimanov və Nəsimi polisi gecə-gündüz fasiləsiz xidmət edir-FOTO

Nərimanov və Nəsimi polisi gecə-gündüz fasiləsiz xidmət edir-FOTO

3-08-2020, 09:12
Oxunub: 3 440 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. 
Nərimanov və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları da koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşınının alınması məqsədi ilə gecə-gündüz fasiləsiz xidmət edirlər.
BÖLGƏ TV-nin əməkdaşları Bakının Nərimanov rayonundakı Nərimanov, Nəsimi rayonundakı Zabitlər və Koroğlu Parkında olublar, polis əməkdaşlarının karantin rejiminə ciddi nəzarət etmələrinin şahidi olublar.
Belə ki, adıçəkilən ərazlərdə sakinlər SMS-icazə ilə, maska ilə parklarda təyin olunan 3 saat ərzində  tam sərbəst və asudə istirahət edə bilirlər. 
Ərazilərdəki parklarda əyləncə mərkəzi, atraksionlar karantin qaydalarına müvafiq olaraq bağlanıb

Küçəyə çıxmaq icazəsi olmayanlara qarşı müvafiq qaydada tədbirlər görülür, icazəsi olanlar isə tam sərbəst şəhərdə hərəkət edirlər. Karantin rejiminə əməl edən sakinlər küçədə heç bir məhdudiyyət olmadan  gəzə bilirlər. SMS icazəsi olmayan və karantin rejimini pozan vətəndaşlar müəyyən edilərək cərimə olunur və ya onlar haqda qanunauyğun tədbirlər görülür.
 Bundan başqa polislər vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.