BolgeXeber.Com » Xəbərlər » Rayonlara gediş-gəlişlə bağlı qərar verildi - RƏSMİ

Rayonlara gediş-gəlişlə bağlı qərar verildi - RƏSMİ

3-08-2020, 17:43
Oxunub: 3 498 31 avqustadək  ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla) davam edəcək. 
Bolgexeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.
Həmçinin xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması  (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) barədə qərarın da müddəti 31 avqustadək uzadılıb.