Ekologiyamız necə qorunur
10-09-2020, 14:25
Oxunub: 3 016
Bildiyiniz kimi BOLGEXEBER.COM və BÖLGƏ TV “Ekologiyamızı necə qoruyaq” rubrikasına start verib.
Rubrikanın mövzusu ekologiyamızın necə qorunması haqdadır.
BOLGEXEBER.COM və BÖLGƏ TV “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində bu dəfə Neftçala, Salyan, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli zonalarında olublar , çəkilişlər aparıblar. Əməkdaşlarımız adıçəkilən rayonların ərazilərində fəaliyyət göstərən , sahibkarlara məxsus qum karxanalarında olublar. Əməkdaşlarımız bu karxanalarla bağlı yaxınlıqda yaşayan kənd sakinləri ilə görüşüb söhbət edib, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrin münasibətini öyrənib.
Kənd sakinləri ilə söhbət zamanı məlum olub karxanalar təbiətə heç bir ziyan vurmur, onlardan heç bir şikayət yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də bildiriblər ki, ərazilərdəki karxanalar müəyyən olunan normativlərə uyğun qanuni fəaliyyət göstərirlər, ekologiyanı pozmurlar və ətraf mühitə heç bir ziyan vurmurlar.
Onların bildirdiyinə görə düzdür, əvvəllər bu müəissələrdə qanun pozuntuları,problemlər olurdu, amma Muxtar Babayev nazir təyin olunandan sonra qanun pozuntularının aradan götürlüməsi haqda haqda ciddi tapşırıqlar verib və bu yerlərdə tam icra olunur.
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Kənan Kərimli əməkdaşımıza verdiyi məlumata görə onlar tərəfindən mütəmadi araşdırmalar, reydlər aparılır və qanun pozuntuları aşkar olunanda həmin müəissələr cərimələnir və iş aidiyyatı üzrə göndərilir.
“Mən şəxsən özüm brakonyerlər, ekologiyanı pozanlara qarşı aparılan reydlərdə iştirak edirəm və qanun pozuntuları olanda bunu aktlaşdıraraq aidiyyatı qurumlara göndərirəm. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi rəhbərliyin verdiyi bütün tapşırıların və qərarların icra olunmasına nəzarət edir və bundan sonra da fəaliyyətimzi bu səpkidə davam etdirəcəyik ”,- Kənan Kərimli bildirib.
BOLGEXEBER.COM və BÖLGƏ TV “Ekologiyamızı necə qoruyaq” rubrikasına davam edir.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-02-2021, 13:19 : Prezident yeni yaradılmış agentliyə sədr təyin etdi (SƏRƏNCAM)
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm