BolgeXeber.Com » Xəbərlər » “TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib - VİDEO

“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib - VİDEO

5-08-2020, 17:57
Oxunub: 3 146 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir. Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.