BolgeXeber.Com » Xəbərlər » Baş Prokurorluğun yeni veb-saytı istifadəyə verilib-VİDEO

Baş Prokurorluğun yeni veb-saytı istifadəyə verilib-VİDEO

19-08-2020, 17:33
Oxunub: 3 577 Müasirləşən informasiya axarına qoşulmaq məqsədi ilə Baş Prokurorluğun müasir standartlara cavab verən veb-saytı ictimaiyyətin istifadəsinə verilib.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenidən qurulub.
Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilmiş təqdimat mərasimində Baş prokurorun müavinləri, o cümlədən Baş Prokurorluğun bir sıra idarə və şöbə rəisləri iştirak edib.
Yeni resursun təqdimatını həyata keçirən Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov prokurorluq orqanlarında daim informasiya texnologiyaların yaradılması və tətbiqi istiqamətində tədbirlərin görüldüyünü vurğulayıb, saytın təhlükəsizlik parametrlərinə və bu günün tələblərinə tam olaraq cavab verdiyini, daha rahat naviqasiya ilə seçilən yeni saytda prokurorluq orqanlarının fəaliyyəti haqqında ətraflı məlumatların təqdim olunduğunu diqqətə çatdırıb.
Təqdimat mərasimində çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə informasiya texnologiyalarının tətbiq səviyyəsinin dövlət idarəetməsinin şəffaflığının əsas göstəricilərindən biri olduğunu qeyd edib, saytda prokurorluq orqanlarının fəaliyyətindəki dəyişikliklər, yeniliklər, ictimaiyyət tərəfindən maraq göstərilən məsələlər üzrə, habelə rəhbərliyin xüsusi əhəmiyyət kəsb edən görüş və səfərləri barədə məlumatların daim yenilənəcəyi barədə məlumat verib.
Hazırda Baş Prokurorluğun saytına www.genprosecutor.gov.az və www.prokurorluq.gov.az ünvanından daxil olmaq mümkündür.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən hazırlanmış videoçarx təqdim olunur: