Qubda oğurluq edən şəxs ələ keçdi
21-08-2020, 11:45
Oxunub: 2 384
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir dülgər sexindən və bir avtomobil təmiri sexindən bir ədəd elektrik generatoru, bir ədəd rəndə, bir ədəd mühərrik və digər usta alət və avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Əli Məmmədov olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Əli Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun rayon ərazisində avtomobillərdən oğurluq etdiyi də müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi alət və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan alət və avadanlıqlarının yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.
Qeyd olunan faktlarla bağlı Quba RPŞ-nin cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm