Azərbaycanda nazirlikdə ciddi yoxlamalar başladı
27-08-2020, 14:24
Oxunub: 4 097
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır.
Mədəniyyət nazirliyindəki mənbədən “oxu.az”a verilən məlumata görə, yoxlama Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun nəzarətində olmuş şöbələrdə gedir.
Yoxlamaların nazirliyin tabeliyində olan digər idarələrdə də aparılması istisna edilmir.
Qeyd edək ki, may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu saxlanılıb. Onun avtomobilindən, xidməti otağındakı kassasından külli miqdarda pul vəsaitləri aşkarlanıb.
Əməliyyat zamanı nazir Əbülfəs Qarayevin də nazirlikdə olduğu bildirilib. Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan R.Bayramov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər