BolgeXeber.Com » Xəbərlər » Mikayıl Müşfiqin qalıqlarının araşdırılması zamanı güllələnən digər şəxslərin də skeletləri tapıldı
Mikayıl Müşfiqin qalıqlarının araşdırılması zamanı güllələnən digər şəxslərin də skeletləri tapıldı
28-08-2020, 15:30
Oxunub: 4 572
“Ekspertiza hazırda təkcə Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqların araşdırılması ilə məşğul deyil. Axtarışlar Mikayıl Müşfiqin adı ilə başlasa da, sonradan əhatə dairəsi genişlənib”.
Bunu APA-ya açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.
O bildirib ki, həmin ərazidə repressiya illərində güllələnməyə məruz qalan partiya üzvlərinin, dövlət xadimlərinin, başqa şəxslərin də skeletləri tapılıb:
“Onların da adamları ərizə verib cavab gözləyirlər. Artıq ekspertiza təkcə Mikayıl Müşfiqə məxsus olduğu iddia edilən qalıqların araşdırılması ilə deyil, oradan qalıqları tapılan digər şəxslərin də kimliyini müəyyənləşdirməyə çalışır. Müayinələr davam edir, həmin ərazidən yeni skeletlər gətirilir.
İstintaq sirri olduğu üçün mən sizə dəqiq siyahını deyə bilmərəm, sadəcə, biləsiniz ki, onların sayı çoxdur”.
Ə.Həsənov araşdırmaların nə vaxt yekunlaşacağı ilə bağlı suala konkret cavab verməyib:
“Biz o vaxt bu işi başlayanda elə bilirdik ki, iki-üç həftəyə yekunlaşacaq, lakin üstündən iki il keçib, hələ də nəticə yoxdur. Bu səbəbdən yekunlaşma vaxtını dəqiq demək mümkün deyil”.
Qeyd edək ki, Stalin repressiyasının qurbanı olan, 1938-ci ildə güllələnən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqdan sonra Prezident İlham Əliyev məsələnin araşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçirilir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər