BolgeXeber.Com » Xəbərlər » Saatlıda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib-FOTO

Saatlıda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib-FOTO

15-09-2020, 14:38
Oxunub: 5 676
Saatlı rayon İcra Hakimiyyətinin başçısı cənab Elmir Bağırov 14 sentyabr 2020-ci il tarixdə rayonun ümumtəhsil məktəblərini 2019-2020-ci dərs ilində əla qiymətlərlə bitimiş və ali məktəblərə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə əldə etmiş abituriyentlərlə görüşmüşdür. 
Cənab E.Bağırov cari tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri, onların müəllimlərini və valideynlərini təbrik edərək gələcək fəaliyyət sahələrində uğurlar arzulamışdır. 
Tədbirdə iştirak edən abituriyentlərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Bolgexeber.com