BolgeXeber.Com » Xəbərlər » Tərtər rayon icra hakimiyyətinin nümayəndələri körpələr evi-uşaq bağçalarına baxış keçirmişlər

Tərtər rayon icra hakimiyyətinin nümayəndələri körpələr evi-uşaq bağçalarına baxış keçirmişlər

22-09-2020, 17:33
Oxunub: 2 464
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il sentyabr ayının 15-dən ümumtəhsil məktəbləri ilə birgə körpələr evi-uşaq bağçaları da fəaliyyətə başlamışdır. Bağçaların inzibati binalarında, həyətyani sahələrində təmizlik-abadlıq, dezinfeksiya işləri aparılmış, gigiyenik vasitələrlə təmin olunmuşdur. Hər gün uşaqların tempuraturları ölçülür. Tərbiyyəçilər mütəmadi olaraq valideyinlərlə marifləndirici söhbətlər aparır, uşaqlara təmiz havada məşğələ keçməyə üstünlük verirlər. Bağçalarda uşaq sayının azalması müşahidə olunsada uşaqlar arasında yoluxma qeydə alınmamışdır.
Bu gün Tərtər rayon icra hakimiyyətinin nümayəndələri rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baxış keçirmiş, bağçalarda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə tanış olmuşlar. Baxış zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri barədə uşaq-tərbiyyə müəssisələrinin  kollektivlərinə öz tövsiyyələrini vermişlər. Qeyd olunmuşdur ki, hər gün otaqlar dezinfeksiya edici  vasitələrlə silinməli, uşaqlarla ünsiyyətdə olan hər kəs gigiyenik qaydalara riayət etməli, qoruyucu maskalardan istifadə etməli, gündəlik uşaqların tempraturu ölçülməli, qrip, öskürək olarsa həmin uşaqların bağçaya buraxılmamalıdır. Uşaqların qida rasionuna da diqqət olunmalıdır. Sanitaq qovşaqların təmizliyinə xüsusi diqqət yetirilməlidir.