BolgeXeber.Com » Xəbərlər » Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - VİDEO

Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - VİDEO

25-09-2020, 17:25
Oxunub: 1 520 Son günlər insanlar Novxanıda heykəllərlə bəzədilmiş evin şəkillərini çəkib paylaşırdı. Lakin heç kim evin kimə məxsus olduğunu bilmirdi. Bilmək istəyənlərin üzünə isə həmin evin qapısı açılmırdı.
Baku TV komandası da bu ev haqqında çəkiliş edib reportaj hazırlamaq istədi.
Amma bu, heç də asan olmadı. Nəhayət, evin sahibi Bəxtiyar bəy artıq öz evi haqqında olan söz-söhbətlərdən yorulduğunu qeyd edib, ilk və son dəfə Baku TV-yə müsahibə verməyə qərar verdi.
Ev isə sözün əsl mənasında saraydır. Buraya muzey də demək olar. Ən azından evdə bir tarix yatır, dünyaca məşhur rəsm əsərləri ilə evi bəzəyən Bəxtiyar bəy bunun da səbəblərini açıqladı.