BolgeXeber.Com » Xəbərlər » “Su-25 təyyarəmiz vurulmayıb” - Azərbaycan MN

“Su-25 təyyarəmiz vurulmayıb” - Azərbaycan MN

14-10-2020, 11:00
Oxunub: 2 676 Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni tərəfinin iddiasına münasibət bildirib.
MN Mətbuat Xidmətinin açıqlamasında deyilir:
Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.
Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.