BolgeXeber.Com » Xəbərlər » Sabirabadda və Şirvanda polis karantin rejiminə necə nəzarət edilir? -REPORTAJ

Sabirabadda və Şirvanda polis karantin rejiminə necə nəzarət edilir? -REPORTAJ

15-12-2020, 16:50
Oxunub: 9 966 Məlum olduğu kimi koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək yenidən  sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulub.
Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
 Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə xüsusi karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur. 
BÖLGƏ TV-nin əməkdaşları polis əməkdaşlarının karantin dövrü postlardakı fəaliyyəti ilə bağlı reportajlar hazırlamaqda davam edir.
 Bu dəfə əməkdaşlarımız  Sabirabadda və Şirvanda yerləşən karantin keçid postunda  olublar və polislərin xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət etmələrinin şahidi olublar.
BÖLGƏ TV bildirir ki, polis əməkdaşları buradakı karantin postlarında gecə-gündüz xidmət aparırlar,mütəmadi reydlər keçirirlər
Sabirabad Rayon Polis Şöbəsi PPX-nin taqım komandiri Vüsal Kazımov  əməkdaşımıza açıqlamasında  bildirdi ki, Polis əməkdaşları postlarda vətəndaşlarla karantin rejimin qaydaları ilə bağlı  lazımi xəbərdarlıqlar edirlər, profilaktik söhbətlər aparırlar, tövsiyyələr verirlər, tibbi maskalar olmayanlara tibbi maskalar verirlər .
Polis əməkdaşları tərəfindən həmçinin ərazidəki küçə prospektlərdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimələnir və ya məsuliyyətə cəlb edilir 
Vüsal Kazımovun bildirdiyinə görə bundan başqa yol polis əməkdaşları nəqliyyat vasitələrindəki sərnişinlər arasında ara məsafəsinin qorunmasının, maska taxılmasının və ümumiyyətlə karantin rejimin qaydalarına əməl edilməsinin onların  sağlamlığı üçün vacib olmasını vətəndaşların nəzərinə çatdırırlar. 
BÖLGƏ TV