Xaçmazda karantin rejimi ilə bağlı reyd keçirildi
17-12-2020, 16:30
Oxunub: 3 747
Xaçmazda sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə reydlər davam etdirilir
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı reydlər keçirilir, qaydalara riayət etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür. Həmçinin yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması da yoxlanılır, müvafiq qaydada icazə almadan yaşadıqları ünvanları tərk edən şəxslərlə profilaktiki söhbətlər aparılaraq, onlara sərtləşdirilmiş karantin rejiminin tələbləri çatdırılır.
Bundan əlavə rayonun giriş və çıxışlarında karantin postları qurulub. Rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən yoxlanılır, xüsusi icazələri olmadan rayon ərazisinə daxil olmaq istəyən şəxslər isə yaşadıqları ünvanlara geri qaytarılırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər