BolgeXeber.Com » Xəbərlər » Metronun “8 Noyabr” stansiyasının görüntüləri

Metronun “8 Noyabr” stansiyasının görüntüləri

22-12-2020, 11:49
Oxunub: 1 432 Bakı Metropoliteninin yeni tikilən “8 Noyabr” stansiyasının görüntüləri yayılıb.
Video sosial şəbəkələrdə paylaşılıb.
Stansiyanın platformasında işlər yekunlaşıb. Platforma Azərbaycan bayrağı ilə bəzədilib, divarlarda işğaldan azad olunan rayonların böyük ölçüdə fotoları yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.
“8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır və Mərkəzi Klinik Hərbi Hospitalın qarşısında yerləşir (Papanin).