DİN-dən pirotexniki məmulatlar satanlara - Xəbərdarlıq
22-12-2020, 16:39
Oxunub: 544
Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.
Bolgexeber.com xəbər verir ki, növbəti belə tədbir Xırdalan şəhərində keçirilib. Şəhər ərazisindəki ticarət mərkəzlərinin birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edən Habil Babayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsə məxsus ticarət mərkəzində yerləşən mağazaya baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Habil Babayev barəsində Abşeron RPİ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiala müvafiq qərar verilməsi üçün məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət