Bakıda zavodda partlayış olub: ölən var
12-01-2021, 10:47
Oxunub: 896
Bakıda zavodda ölüm hadisəsi baş verib.
Qaradağ rayon prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, hadisə yanvarın 11-də saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-02-2021, 13:19 : Prezident yeni yaradılmış agentliyə sədr təyin etdi (SƏRƏNCAM)
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm