Prezident iki məktəbdə yaradılan şəraitlə tanış olub
28-01-2021, 12:54
Oxunub: 2 291
Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbdə yaradılan şəraitlə tanış olub.
Bolgexeber.com xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
Qeyd edək ki, bu təhsil ocağının 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülərək onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbdə müasir tədris avadanlığı ilə təchiz olunan sinif otaqları, informatika, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları yaradılıb. 2006-cı ildə inşa edilən 288 şagird yerlik korpus və idman zalı da əsaslı təmir edilib.
Prezident İlham Əliyev Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbdə yaradılan şəraitlə də tanış olub.
Təhsil ocağının 1937-ci və 1970-ci illərdə inşa edilən iki korpusu sökülüb. Onların yerində 264 şagird yerlik yeni müasir korpus, yeməkxana, idman və akt zalları tikilib. Eyni zamanda, 2007-ci ildə ibtidai siniflər üçün inşa edilən 264 şagird yerlik korpus da əsaslı təmir olunub. Yeni korpusdakı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar zəruri tədris avadanlığı və vəsaiti ilə təmin edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər