BolgeXeber.Com » Xəbərlər » Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO

Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO

29-01-2021, 09:29
Oxunub: 16 888
Korona Virusun tüğyan etdiyi bir vaxtda, karantin qaydalarına məhəl qoymadan Astaranın  deputatı Rəşad Mahmudov və böyük qardaşı icra başcısının 1-ci müavini Allahverən Mahmudov 28 yanvar axşam saatlarında rayonun mənzərəli restoranlarından birində  yeyib – içib şəkil çəkdiriblər.

  “ASTARA- ŞAHAĢACİ-AZƏRBAYCAN” qrupunda Rashad Madatov da həmin fotonu paylaşaraq ağır sözlərlə status yazıb.

O bildirib:
“1 -ci hörmətli deputat Rəşad Mahmudov 2-cisi deputatın böyük qardaşı və Astara İcra başcısının 1-ci müavini Allahverən Mahmuduv, başa düşdük qardaşdırlar yiyib icirlər və bu normaldır….. Mənə cox maraqlı olan budur ki, 3 cü nəfər olan tofiq , o tofiq ki Astara Rayon Şeyakaran və Şahaagac kəndlərini satan  məxluq bu 2 nəfərin yanında nə edir!!! bunlar o maşenika havadardırlar yoxsa !?!? Bütün Azerbaycan bilir ki bu tofiq mənə 250 min manatdan cox ziyan vurub amma bunlar o maşeniknən yeyib icirlər !!
Mən məcburam ki bu şəkili canab prezident İlham Əliyevə göndərim…daha başqa yolumuz qalmadı !!”

Astarada karantin qaydalarının deputat  Rəşad Mahmudov və  icra başcısının 1-ci müavini Allahverən Mahmudov tərəfindən pozulması, Azərbaycan Bayrağına hörmətsizlik sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Qardaşların belə bir hərəkəti pislənərək, onlar haqqında qanuni ölçü götürülməsi tələb edlib.KAİM