Abşeronda gənc qazilərlə guruş keçirildi - Şəhidlər Abidəsi ziyarət olundu
2-02-2021, 19:04
Oxunub: 800
Bu gün “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə Xırdalan şəhərindəki Şəhidlər Abidəsi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, şəhid ailələri, qazilər, veteranlar, könüllülər və RİH yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri iştirak edib.
İ.Gülməmmədova bildirib ki, Azərbaycan öz ərazi bötüvlüyünə şəhidlərimizin, qazilərimizin və ümumilikdə hərbçilərimizin sayəsində qovuşdu. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin iradəsi, qətiyyəti və doğru qərarları sayəsində qələbə qazandığımızı önə çəkən RİH başçısı bununla da 30 ilə yaxın öz dədə-baba torpaqlarından uzaq düşən soydaşlarımızın vətən həsrətinə son qoyulduğunu deyib.
Daha sonra İ.Gülməmmədova RİH binasında bir qrup gənc qazi və veteranla görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.
Müharibə iştirakçıları ölkədə şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Qazilər onları narahat edən məsələlərdən danışaraq işlə təmin olunmaqda və bir sıra sosial məsələlərdə köməklik göstərilməsini xahiş ediblər.
Müharibə iştirakçılarının qaldırdığı məsələlərin bir çoxu yerindəcə həll olunub. Müəyyən vaxt və vəsait tələb edən məsələlərlə bağlı isə aidiyyatı üzrə tapşırıqlar verilib.





Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər