BolgeXeber.Com » Xəbərlər » Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı - VİDEO

Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı - VİDEO

17-02-2021, 12:46
Oxunub: 2 504 Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından bir ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin üç yeniyetmə tərəfindən törədilməsi məlum olub.  

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb. 

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.