BolgeXeber.Com » Xəbərlər » Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı (VİDEO)

Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı (VİDEO)

26-02-2021, 16:10
Oxunub: 2 906 Prezident əvvəlcə "sualı” aydınlaşıdırmaq istəyib: "Siz terrorçu qruplar barədə "hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı "hesabatlar” barədə danışırsınız?"

Daha sonra Prezident mikrofonun həmin "jurnalist”ə ötürülməsini istəyib.

Jurnalist isə deyib: "Biz bəzi "hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”.

Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib ki, "sizin "sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı "hesabatlar”a istinad edirsiniz? Çünki bəzi hesabatlar sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə”.

Jurnalist daha sonra Prezident İlham Əliyevin ona ünvanladığı sualdan boyun qaçıraraq, Prezidentdən növbəti sualına cavab verməyi xahiş edib.