BolgeXeber.Com » Xəbərlər » Xaçmaz Rayon Polis Şöbəsində Xocalı soyqırımı qurbanları yad edildi

Xaçmaz Rayon Polis Şöbəsində Xocalı soyqırımı qurbanları yad edildi

26-02-2021, 17:30
Oxunub: 4 321 Xaçmaz Rayon Polis Şöbəsində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Tədbirin əvvəlində soyqırım qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov Xocalı soyqırımının dünya tarixinin ən qanlı faciələrindən biri kimi XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran tarixi gerçəklik olduğunu diqqətə çatdırıb. Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının və ona siyasi-hüququ qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən natiq bu gün Heydər Əliyev Fondunun, xüsusilə də Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kompaniyası çərçivəsində gördüyü işlərin dünya azərbaycanlıları tərəfindən böyük bir ruh yüksəkliyi ilə bəyənlildiyini qeyd edib.
Şöbə rəisi 44 günlük Vətən savaşında Xocalı faciəsi qurbanlarının qisasının alındığını, Ermənistanın biyabırçı şəkildə məğlubiyyətə uğradığını xatırlatdı. Sonra RPŞ-nin İTB-nin rəisi, polkovnik-leytenantı Kamran Bayramov Xocalı qətliamı haqqında geniş məruzə ilə çıxış edib.
Tədbirin sonunda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.