Xaçmazda mühafizə polisi oğruları iş başında yaxalandı - FOTO
19-04-2021, 18:24
Oxunub: 4 848
DİN-in Baş Mühafizə İdarəsinin Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri “iş başında” saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz rayon sakinləri Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər. Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər “iş başında” yaxalanaraq, oğurluq zamanı istifadə etdikləri maddi sübutlarla birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib.
Dindirilmə zamanı Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov törətdikləri cinayət əməlini etiraf ediblər.
Qeyd edilən faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər