BolgeXeber.Com » Xəbərlər » Şuşanın İcra başçısı yenə mürgülədi: Bu dəfə festivalda - FOTO

Şuşanın İcra başçısı yenə mürgülədi: Bu dəfə festivalda - FOTO

14-05-2021, 10:02
Oxunub: 1 640 Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Xarıbülbül" musiqi festivalını izləyərkən yuxuya gedib.
Bolgexeber.com Pravda.az-a istinadən bildirir ki, B.Səfərovun fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd olunub ki, icra başçısı 2018-ci ildə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da yuxuya getmişdi.

B.Səfərovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.