Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu
14-05-2021, 10:32
Oxunub: 1 440
Azərbaycanlılar üçün Qarabağda müstəsna əhəmiyyətə malik Şuşa şəhəri Cənab Prezidentimiz tərəfindən 07 may 2021-ci il tarixli sərəncamla ölkənin mədəniyyət paytaxtı elan olunub. “Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə” Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması qərara alınıb.
Ölkə rəhbərimiz vurğulamışdır ki, “İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri”.
“Xarı bülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, keçmiş SSRİ ölkələrinin iştirakı ilə keçirilib. Festivalın adı Şuşanın rəmzi hesab edilən Xarı bülbül gülünün adından götürülüb.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycanın Dağlıq Qarabağ vilayətinin ən yüksək zirvəsində yerləşir. 18-ci əsirdən mühüm mədəniyyət və ticarət mərkəzinə çevrilən Şuşa Azərbaycan xalqı üçün müstəsna anlam daşıyır.
Şuşanın işğalı nəticəsində 600-ə yaxın tarixi memarlıq abidəsi, o cümlədən Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa Tarix Muzeyi və Azərbaycan Xalça Muzeyi də daxil olmaqla bir sıra muzeylər, təhsil və mədəniyyət ocaqları dağıdılıb. Peşəkar Azərbaycan musiqisinin banisi, şuşalı bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasının işğalının 29-cu il dönümü və işğaldan azad edilməsinin altıncı ayı ərəfəsində baş verməsi də rəmzi xarakter daşıyır.
Biz bərdəlilər də Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev tərəfindən verilmiş bu sərəncamla əlaqədar olaraq səmimi qəlbdən sevinir və qürur hissi keçiririk. Cənab Prezidentimiz tərəfindən Şuşa şəhəri ilə bağlı görülən və hazırda davam etdirilən işləri böyük ruh yüksəkliyi ilə seyr edir və izləyirik. Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər