Oğuzda həmkəndlilərinin mal-qarasını oğurlayan şəxslər saxlanılıb
24-05-2021, 12:48
Oxunub: 2 200
Oğuz Rayon Polis Şöbəsinə Xaçmaz kəndi ərazisindəki örüş sahəsindən bir baş dananın oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş Elməddin Seydəliyev və Samir Şəkərəliyev olduqları müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.
Davam etdirilən tədbirlərlə E.Seydəliyev və S.Şəkərəliyevin aprel-may aylarında Xaçmaz kəndində ayrı-ayrı şəxslərə məxsus, ümumi dəyəri 6 min manata yaxın olan 3 baş iribuynuzlu və 23 baş xırdabuynuzlu mal-qaranı oğurladıqları da məlum olub. Onlar ifadələrində törətdikləri cinayət əməlini etiraf edərək, heyvanları Ağdaş, Bərdə, Mingəçevir və Göyçay rayonlarındakı bazarlarda satdıqlarını bildiriblər.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməlllərində iştiraklarının olub-olmaması araşdırılır.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər