DİN hansı avtomobillərin Bakı Olimpiya Stadionuna buraxılacağını açıqladı
12-06-2021, 14:40
Oxunub: 1 632
"Müəyyən avtomobillər var ki, onların stadion ərazisinə daxil olmasına icazə veriləcək. Həmin avtomobillər oyunların təşkili və keçirilməsi ilə əlaqədar ayrı-ayrı qonaqları daşıyacaqlar”.
Bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin avtomobillər yaradılan mühafizə, təhlükəsizlik tədbirləri ilə bağlı bir neçə yoxlamalardan keçiriləcək: "Daha sonra isə onların stadion ərazisində daxil olmasına icazə veriləcək”.
DİN rəsmisi qeyd edib ki, Bakı Olimpiya Stadionu (BOS) istiqamətinə gələn, eləcə də oyun ərəfəsində bu istiqamətdə küçə və prospektlər boyu avtomobillərin hərəkəti məhdudlaşdırılacaq: "Məqsəd piyadaların, azarkeşlərin stadiona təhlükəsiz şəkildə daxil olmasına şəraitin yaradılmasıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər