Xızı polisi əməliyyat keçirib, saxlanılan var
14-06-2021, 10:48
Oxunub: 1 704
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Sitalçay qəsəbə sakini Mansur Muqbilov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, onun qəsəbə ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 3 kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar aparılır.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər