Həmin “Range Rover”i Elşad Kərbalayev sürməyib – Rəsmi açıqlama
14-06-2021, 13:32
Oxunub: 3 816
Dünən Novxanı-Sumqayıt yolunda “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin düşdüyü və dörd nəfərin vəfat etdiyi qəza ilə bağlı rəsmi açıqlama verilib. DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə zamanı “Range Rover”i E. Kərbalayev yox, Ələsgər Əliyev idarə edib: “İyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində Ələsgər Əliyevin idarə etdiyi “Range Rover” markalı 10 CO 002 nörməli avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub: “Yol-nəqliyyat hadisəsi nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.
“Range Rover” markalı avtomobilin sahibi və sərnişini Elşad Kəlbəliyev, sükan arxasında olan Ələsgər Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır”.
Qeyd edək ki, ilkin yayılan məlumata görə, “Range Rover” markalı avtomobili Elşad Kəlbəliyev sərxoş vəziyyətdə idarə edərkən piyadanı vurub, daha sonra hadisə yerindən qaçarkən “Damas”la toqquşub. Lakin rəsmi məlumatlarda avtomobili Ələsgər Əliyevin idarə etdiyi və vəfat edən 4 nəfərin “Damas”da olduğu qeyd edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər