BolgeXeber.Com » Xəbərlər » Azərbaycana yay fəsli gəlib

Azərbaycana yay fəsli gəlib

21-06-2021, 09:44
Oxunub: 1 136 Bu gün Azərbaycana yay fəsli gəlib.

Yay fəsli Bakı vaxtilə saat 07:32:00-da ölkəyə qədəm qoyub.Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Bu gün ən uzun gündüz və ən qısa gecə olacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.
Qeyd edək ki, bu ilin payız fəsli sentyabrın 22-si saat 23:21-də, qış fəsli isə dekabrın 21-i saat 19:59-da gələcək.