BolgeXeber.Com » Xəbərlər » Sabirabadda məzun qızı bıçaqlayan 19 yaşlı gənc saxlanılıb

Sabirabadda məzun qızı bıçaqlayan 19 yaşlı gənc saxlanılıb

21-06-2021, 13:57
Oxunub: 1 424 Sabirabadda məzun qızı bıçaqlayan 19 yaşlı gənc saxlanılıb.

İyulun 20-də saat 20.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində təşkil olunan məzun gecəsində bıçaqlanma hadisəsi törədərək hadisə yerindən yayınan Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu saxlanılıb.

Qeyd edək ki, S.Qasımlı məzunların iştirak etdiyi məclisə yaxınlaşaraq 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan şəhər xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.