Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi
21-06-2021, 22:34
Oxunub: 1 584
Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın ilk toplantısı keçirilib.
İclası giriş sözü ilə açan Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev nazirliyin İctimai Şuranın normal fəaliyyəti üçün “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə uyğun müvafiq şərait yaradacağını bildirib.
Daha sonra İctimai Şuranın ilk iclasının keçirilməsi üçün sədr və katib seçilib.
“Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin rəhbəri Mehriban Zeynalovanın sədrlik etdiyi iclasda ilk öncə İctimai Şura iclasının gündəliyi təsdiqlənib. “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq İctimai Şuranın reqlamenti müəyyən olunub və təşkilati məsələlərə baxılıb.
İctimai Şuranın sədrliyinə “Konstitusiya” Araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyevin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Ə.Nuriyev yekdilliklə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri seçilib. Daha sonra İctimai Şura sədrinin müavinliyinə “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri Mahirə Əmirhüseynova və “Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri Xalid Kazımovun namizədliyi irəli sürülüb.
Səsvermə nəticəsində Mahirə Əmirhüseynova və Xalid Kazımov Daxili İşlər Nazirliyi yanında İctimai Şura sədrinin müavinləri seçilib.
İctimai Şura katibliyinə isə “Azərbaycan Demokratik Jurnalistlər Liqası”nın sədr müavini Sevda Məmmədovanın namizədliyi irəli sürülüb. Sevda Məmmədova səsvermə nəticəsində İctimai Şuranın katibi seçilib.
Daha sonra iclasda cari məsələlərə baxılıb. Növbəti iclasadək Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın Etik Davranış Kodeksinin hazırlanmasının vacibliyi vurğulanıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər