BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov mayora yüksək vəzifə verdi

Vilayət Eyvazov mayora yüksək vəzifə verdi

24-06-2021, 10:30
Oxunub: 1 568 Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Goranboy Rayon Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Emin Şirinovun vəzifəsi artırılaraq Rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.