Balakəndə narkotik vasitə satan Şəki sakini saxlanılıb
25-06-2021, 16:23
Oxunub: 1 968
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Şəki şəhər sakini Nüsrət Həsənovun Katex kəndi ərazisində narkotik vasitə saxlaması və satışını həyata keçirməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin əraziyə baxış keçirilən zaman oradan saxlanılan şəxsin yabanı halda bitmiş 460 ədəd narkotik tərkibli çətənə bitkilərini kökündən çıxararaq qurutmaq üçün sərdiyi aşkarlanıb. Davam etdirilən tədbirlərlə N.Həsənovun həmin çətənə kollarından yığaraq satış məqsədilə hazırladığı 92 kiloqramdan artıq qurudulmamış marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər