Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı açıqlama: İstintaq davam edir
25-06-2021, 18:37
Oxunub: 1 104
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın vəzifəsindən azad edilmə səbəbləri ilə bağlı bir sıra məlumatlar yayılıb. Haqqında yayılan rüşvət məsələləri ilə daim gündəmdə olan sabiq rektorun istintaq məsələsi barədə Baş Prokurorluq açıqlama verib.
Məsələ ilə bağlı Axar.az-a danışan Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə bildirib ki, Bakı Slavyan Universitetindəki rüşvət olayı ilə bağlı istintaq davam edir:
“BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva təqsirləndirilən şəxs kimi cəlb olunub və onun xanım olması nəzərə alınaraq, barəsində polisin nəzarəti altında qəti imkan tədbiri seçilib. Hazırki mərhələdə Nurlana Əliyev şübhəli şəxs statusunda deyil. İstintaq davam edir”.
Qeyd edək ki, D.Əliyeva 100 tələbənin 1000-7000 min civarında təhsil haqqını mənimsəməkdə ittiham olunur. Baş Prokurorluq Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açıb
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər