BolgeXeber.Com » Xəbərlər » Deputatın qohumları yayılan məlumatı təkzib etdilər:”Yalan məlumatdır”

Deputatın qohumları yayılan məlumatı təkzib etdilər:”Yalan məlumatdır”

22-08-2021, 11:45
Oxunub: 3 320 “Bizim nəsildə belə adda şəxs yoxdur”
 
Bəzi mətbu orqanlarda guya deputat Malik Həsənovun bacısı oğlunun vətəndaşları aldatması haqda həiqətə uyğun olmayan məlumatlar dərc olunub.
Həmin məlumatda bildirilir ki, özünü deputat Malik Həsənovun bacısı oğlu kimi qələmə verən Cəlilabad rayon sakini Heydər Əhədov vətəndaşlara qarşı saysız-hesabsız dələduzluq əməlləri törədib. O, insanların etimadından istifadə edərək borc adı ilə onların pulunu alır və geri qaytarmır .
Məsələ ilə bağlı millət vəkilinin yaxınları Bolgexeber.com-a açıqlama verərək bildirdilər ki, bu informasiya tam əsassız və yalan məlumatdır:
“Hörmətli Malik Həsənovun nəinki belə adda bacısı oğlu yoxdur, ümumiyyətlə bizim nəsildə o adda  şəxs yoxdur. Bu cür informasiyalar sadəcə şər-böhtandan,kampaniyadan başqa bir şey deyil və deputatın gördüyü işlərə kölgə salmaq məqsədi daşıyır”.