Elnur Əşrəfoğlu koronavirusa yoluxdu, ağciyərində 85 faiz buzlu şüşə aşkarlanıb
20-09-2021, 17:36
Oxunub: 1 712
Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
Jurnalistin müalicə aldığı "Yeni Klinika"dan bildirilib ki, E.Əşrəfoğlunun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb.
"Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil", - klinikadan bildirilib.
ACF-nin baş katibi Elmar Babanlı isə "Report"a açıqlamasında E.Əşrəfoğlunun müalicə aldığı klinika və ailə üzvləri ilə daim əlaqədə olduqlarını bildirib. Onun sözlərinə görə, iş yoldaşının müalicəsi üçün bütün lazımi tədbirlər görülür: "Onun səhhəti daimi nəzarətdədir".
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər