BolgeXeber.Com » Xəbərlər » Münaqişənin hüquq müstəvisində həll olunmamasının səbəbi ikili standartlar və beynəlxalq riyakarlıqdır

Münaqişənin hüquq müstəvisində həll olunmamasının səbəbi ikili standartlar və beynəlxalq riyakarlıqdır

30-09-2021, 13:46
Oxunub: 1 632 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində qeyd etdi ki, Ermənistan öz işğalçı siyasətindən əl çəkmədiyi üçün uğursuz dövlətə çevrilmişdir.30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təxribatları son müddət ərzində həddini aşmışdı. Azərbaycanın müstəqilliyinə qarşı yönəlmış addımlar Ermənistanın yeni müharibəyə hazırlaşdığından xəbər verirdi. İyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmiş və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərksilah etdilər.
Möhtərəm Prezidentimiz rəsmi İrəvanın səriştəsizliyi və məkrli niyyətlərindən danışaraq qeyd etdi ki, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar.
Hər bir dövlətin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Ermənistan bu keyfiyyətdən məhrumdur. Məsuliyyətsiz ölkə siyasi, iqtisadi və istənilən digər əməkdaşlıq istiqamətləri üzrə beynəlxalq münasibətlər sistemində maraqlı tərəfdaş kimi çıxış edə bilməz.
Minaqişənin 30 il ərzində həll olunmamasının səbəbi ikili standartlar və beynəlxalq riyakarlıqdır. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır.
Ermənistana qarşı heç bir sanksiyalar tətbiq edilmədi. Beynəlxalq təşkilatların sanksiyaları müharibənin qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Rəsmi İrəvan 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayınırdı.
Minisk qrupunun fəaliyyətsizliyindən danışan Prezident İlham Əliyev qeyd etdi ki, indiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur.Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal etdiyini görməyən bir qrumu yalnız kor və riyakar adlandırmaq olar. Çünki bizim torpaqlarımızda qanunsuz məskunlaşma aparılırdı, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilib məskunlaşdırılırdı. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır.
Həmçinin möhtərəm Prezidentimiz diqqətə çatdırdı ki,daha Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və daha “Dağlıq Qarabağ” ifadəsinin işlənməsi düzgün deyil. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni lobbisinin Azərbaycanı ləkələmək, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq cəhdlərindən danışaraq qeyd etdi ki,bu məfur təbliğat onlara uğur gətirməyəcək.
Möhtərəm Prezidentimiz həmçinin qeyd etdi ki, regionun surətli inkişafı üçün bölgədə dayanaqlı sülh təmin olunmalıdır. Bölgədə sülhün təmin olunması üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması labüddür.
Savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə mənəvi güc verdi. Son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq.Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz.Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı.
Prezident həmçinin Ermənistanın qonşu dövlətlərlə normal münasibətlərlə yaşamaq üçün səy göstərməsinin vacibliyindən danışaraq dedi ki, saxta tarix yaratmaq xülyalarından əl çəkmək Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etmək, delimitasiya, demarkasiya aparmaq lazımdır. İşğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər anlamalıdırlar ki, xoşbəxt gələcəkləri ancaq Azərbaycan dövləti ilə bağlıdır. Biz məsuliyyətli ölkə olaraq, bir daha müharibənin olmasını istəmirik. Hər halda biz müharibəyə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 10- da Ermənistanin kapitulyasiya akını imzaladığını və bu bəyanatda göstərilən öhdəlikləri mçəcburən yerinə yetirərək, müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldığını qürur hissi ilə qeyd etdi.
Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır.Dəhlizlərin açılması prinsipial məsələdir. Bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik-həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Ermənistan rəhbərliyi imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirməlidir.
İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafından danışan möhtərəm Prezidentimiz bütün gücləri səfərbər edərək aparılan irimiqyaslı tikinti və quruculuq işlərindən danışaraq qeyd etdi ki, həm də bütün bölgə elektriklə tam təmin ediləcək. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz-gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağda 25 min erməni yaşayır, onlar da həm inşaat işlərində, həm də bərpa işlərində iştirak edə bilərlər.
- Qaçqın və məcburi köçkünlərin 30 illik əziyyətlərinə soy qoyuldu. Ərazilər bərpa olunacaq və müharibədən əvvəl orada yaşamış bütün insanlar öz doğma yurdlarına qayıdacaqdır. O insanlar 30 il həsrət içində idilər və bu həsrətə son qoyuldu. Azərbaycan budur, Azərbaycanın gücü və siyasəti budur!
İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsinin dəfələrlə təkrarlandığını deyən möhtərəm Prezident qeyd etdi ki, Azərbaycan müxtəlif kanallarla İran tərəfinə narazılığını ifadə edirdi, lakin bu hallar təkrarlanır. Bu, ölkəmizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Azərbaycan məsələ ilə bağlı rəsmi qaydada diplomatik nota verdi, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu,
avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Azərbaycan-İran münasibətlərinə zərər verə biləcək halların mütləq qarşısı alınmalıdır.
İranın Azərbaycanın sərhədləri yaxınlığında döyüş təlimləri keçirməsinə diqqət çəkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunun çox təəccüb doğuran bir məsələ olduğunu vurğuladı və dedi ki, 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. Düzdür, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır. Biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır.
Möhtərəm Prezidentimiz Rusiya Sülhməramlı qüvvələr əraziyə gələndən sonra da Ermənistan öz təxribatlarını dayandırmadığını, müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan sülhməramlı qüvvələrin məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62 nəfərdən ibarət bir təxribat qrupu göndərildiyini və bunun 10 noyabr Bəyanatına tam zidd olduğunu diqqətə çatdırdı və qeyd etdi ki, ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Bizim narazılığımız da var, iradlarımız da var - ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Azərbaycan rəsmi olaraq dəfələrlə bu məsələni qaldırmışdır. Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır.

Arifət Əhmədova-Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru