BolgeXeber.Com » Xəbərlər » “Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin” - Şəhid Fariz Həsənovun həyat yoldaşı - VİDEO

“Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin” - Şəhid Fariz Həsənovun həyat yoldaşı - VİDEO

30-09-2021, 14:30
Oxunub: 2 464
ATV-nin "Bizimləsən” proqramına qonaq olan Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova hər kəsi göz yaşına boğub.
 
Bolgexeber.com xəbər verir ki, Əzizə, Farizin bərbərə getmədiyini, hətda saçını özü kəsdiyini bildirib:
 
"Həyat yoldaşım uşaqlar dünyaya gəldikdən sonra bərbərə getmədi, saçını özü kəsirdi. Dedi ki, ona verdiyim pulu uşaqlar üçün nəsə alarsan. Özü ac qalardı, amma uşaqlara heç vaxt korluq çəkdirməzdi. O Şəhid olduqdan sonra, saçını kəsdiyi maşınkanın üzərində saçının telləri qalmışdı. Qıymadım onu atmağa. Götürdüm, adımızın baş hərflərini yazdırdım”.