Baş Prokurorluqdan bu şəxslərə xəbərdarlıq
6-10-2021, 16:00
Oxunub: 1 104
Son zamanlar ölkə ərazisində turizm şirkətlərinin sayı olduqca artmaqdadır.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə "isti təkliflər” təqdim edib özlərinə müştəriləri cəlb edir.
Qeyd olunub ki, bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta "səyahət paketlərini” almağa tələsirlər və nəticədə dələduzluq əməllərinin qurbanlarına çevirirlər: "Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik. Baş Prokurorluq saxta "səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər