BolgeXeber.Com » Xəbərlər » Yeni ilə qədər İkinci Qarabağ Müharibəsinin iştirakçılarına veteran statusu veriləcək
Yeni ilə qədər İkinci Qarabağ Müharibəsinin iştirakçılarına veteran statusu veriləcək
2-11-2021, 11:23
Oxunub: 2 112
"Həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində iştirak edib şəhid, qazi, veteran olan hər kəs eyni status daşıyır”.
Bolgexeber.com xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Deputat qeyd edib ki, Birinci Qarabağ Müharibəsi veteranlarının aldıqları aylıq 80 manat müavinət İkinci Qarabağ Müharibəsi qazilərinə də veriləcək:
"Sadəcə, siyahıda dəqiqləşmə gedir. İlkin mərhələdə onlara da 80 manatın verilməsi planlaşdırılır. Gələcəkdə artırılıb-artırılmamasına baxılacaq. Nə qazilərin, nə şəhidlərin, nə veteranların - heç birinin statusunda fərq yoxdur. Qanun hamı üçündür”.
İkinci Qarabağ Müharibəsi iştirakçılarına veteran statusunun hələ də verilməmə səbəbinə aydınlıq gətirən komitə sədri deyib ki, bu, bəzi iştirakçıların müalicələrinin tam bitməməsi, əlilik dərəcəsinin müəyyən edilməməsi və dəqiqləşmə işlərinin aparılması ilə bağlıdır.
"Çünki əliliyi müəyyən edilənlər veteran olmur. Veteran statusu ancaq müharibədə iştirak edib, hansısa xəsarət alan, amma əliliyi olmayanlara verilir. Yəqin ki, yaxın günlərdə, yeni ilə qədər artıq bununla bağlı qərar veriləcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər