BolgeXeber.Com » Xəbərlər » Bakıda qadını videosunu yayacağı ilə şantaj edən şəxs tutuldu

Bakıda qadını videosunu yayacağı ilə şantaj edən şəxs tutuldu

8-11-2021, 16:04
Oxunub: 1 240 Bakı şəhər sakini olan qadına hədə-qorxu gələn şəxs ələ keçirilib.

Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən videosunu yayacağı ilə hədələyərək qadından 7 000 ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.