BolgeXeber.Com » Xəbərlər » Şəkidə əvvəllər 34 il məhkumluq həyatı yaşayan şəxs yenə oğurluğa görə saxlanılıb -VİDEO

Şəkidə əvvəllər 34 il məhkumluq həyatı yaşayan şəxs yenə oğurluğa görə saxlanılıb -VİDEO

8-11-2021, 18:10
Oxunub: 1 544 Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı otlaq sahəsindən mal-qara oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, polisə müraciət edən yeddi nəfər onlara məxsus ümumilikdə 11 baş inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.
Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də oğurluğa görə 34 il məhkumluq həyatı yaşayan Ağdam rayon sakini Bəhmən Məhərrəmov saxlanılıb. B.Məhərrəmov ifadəsində əməlini etiraf edib və oğurladığı heyvanları Bərdə rayonundakı mal-heyvan bazarında satdığını deyib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.