BolgeXeber.Com » Xəbərlər » Məktəb və universitetlərdə "patı" satılır? - RƏSMİ CAVAB

Məktəb və universitetlərdə "patı" satılır? - RƏSMİ CAVAB

19-11-2021, 17:58
Oxunub: 1 112 Son günlər sosial şəbəkədə müzakirələr zamanı universitet və məktəblərin həyətində narkotik maddələrin satışının təşkil edilməsi barədə iddialar səsləndirilməyə başlayıb.

Bolgexeber.com xəbər verir ki, mövcud məsələ "ARB24"də yayımlanan "İş vaxtı" verilişində də müzakirə edilib.

Məsələyə münasibət bildirən DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, bu iddiların heç bir əsası yoxdur:

"Azərbaycanda orta təhsil müəssiləri, liseylərdə heç bir fakt qeydə alınmayıb. Bu, xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən dövriyyəyə buraxılan informasiyalardır".