Tahir Kərimli xalqdan və spikerdən üzr istədi
23-11-2021, 17:36
Oxunub: 1 600
Deputat Tahir Kərimli Milli Məclisin ötən dəfə keçirilən iclasında Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib.
T. Kərimli qeyd edib ki, o çıxışında yanlış məlumatlara əsaslanıb: "Məlum oldu ki sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə xeyli sayda insanlar yüksək vəzifələrə çəkiliblər. Bir neçə adama COVİD-lə bağlı 500 manat yardımlar edilib.
Xüsusilə Milli Məclis rəhbərliyinin fəaliyyəti göz qabağındadır. Mən onun xaricilərlə bir neçə dildə necə danışdığının şahidi olmuşam. İndiki dövrdə mənzil məsələsini qoymağım düzgün deyildi. Ona görə dönə-dönə Milli Məclis sədrindən və xalqdan üzr istəyirəm. Mən hesab edirəm ki, cəzamız qınaqlarla verilib".
Spiker Sahibə Qafarova isə deputata gələn dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.
Xatırladaq ki, ötən iclasda T.Kərimlinin Milli Məclisin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olmuşdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər