BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Hacıqabulda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

24-11-2021, 13:03
Oxunub: 2 192
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə karantin tələbləri nəzərə alınmaqla narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə mövzusunda tədbiri keçirilib.
Bolgexeber.com xəbər verir ki, “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynov “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlardan danışıb. Ümumbəşəri problemə çevrilən bu bəlanın gənclərin həyatında yaratdığı problemlər barədə geniş məlumat verən şöbə rəisi, zərərli maddələrin geniş yayılmasının qarısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən görülən işlərdən danışıb.
“Erkən nikah və onun fəsadları” mövzusunda da çıxış edən M.Hüseynov yeniyetmə vaxtlarında qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək , şagirdlərin əsasən təhsilə maraq göstərməli olduğu və gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.