Mingəçevirdən Balakənə pirotexniki vasitələri satmağa gələn şəxslər saxlanılıb
25-12-2021, 12:09
Oxunub: 1 832
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, rayon ərazisində “Daewo” markalı avtomobildə olan sürücü və sərnişinin gizli şəkildə mağazalara pirotexniki vasitələr satmaları barədə polis şöbəsinə məlumat daxil olub. Keçirilən tədbir zamanı həmin şəxslər istifadələrində olan avtomobillə birgə saxlanılıb. Araşdırma zamanı onların Ağdam şəhər sakini Zeynalabdin Abbasov və Gəncə sakini Şahin Şahgəldiyev olduğu müəyyən edilib. Avtomobilə keçirilən baxış zamanı isə külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb. Mingəçevir şəhərində yaşayan hər iki şəxs Balakənə bu məqsədlə gəldiklərini bildiriblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər