BolgeXeber.Com » Xəbərlər » Ağdaş sakini azyaşlı ilə ailə qurdu, ittiham olundu - TƏFƏRRÜAT

Ağdaş sakini azyaşlı ilə ailə qurdu, ittiham olundu - TƏFƏRRÜAT

3-01-2022, 14:21
Oxunub: 1 904 Ağdaş rayonunda 1994-cü il təvəllüdlü Əsəd yetkinlik yaşına çatmayan Nuranə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olmaqda ittiham edilir.
Bolgexeber.com demokrat.az-a istinadən xəbər verir ki, Əsəd 16 yaşına çatmadığı məlum olan, yəni 2004-cü il təvəllüdlü Nuranənin razılığı əsasında 2019-cu ildən 2020-ci ildək yaşadığı evdə ailə qurmaq məqsədi ilə mütəmadi olaraq cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ilin yayında Bakı şəhərində qohumlarının toyuna gedib: “Toy mərasimində Nuranəni gördüm. Ondan xoşum gəldi. Bu barədə valideynlərimə dedim. Bundan sonra valideynlərim Nuranəyə elçi getdilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nuranə ilə bir neçə ay telefonla əlaqə saxlayıb: “Fikrlərimiz qəti olduğu üçün evlənmək qərarına gəldik. 2019-cu ildə Ağdaş rayonu Qolqəti kəndində yerləşən “Ay işığı” restoranda el adəti ilə toyumuz oldu. Toydan sonra Nuranə ilə yaşadığımız evdə cinsi əlaqədə oldum, onun bakirəliyi də həmin gün pozuldu”.

Əsəd deyib ki, 2020-ci ildə Nuranə hamilə olduğu üçün Göyçay rayon mərkəzi xəstəxanasına müraciət ediblər: “Xəstəxanada Nuranənin 3 aylıq hamilə olması məlum oldu. Bundan sonra polisə məlumat verildi”.

Əsəd qeyd edib ki, Nuranə ilə cinsi əlaqədə olmamışdan əvvəl onun 16 yaşına çatmadığını bilib: “Nuranə ilə bir-birimizi sevmişik, evlənmişik. Kimsə bizi məcbur etməyib. Nuranə ilə cinsi əlaqədə olan zaman ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq etməmişəm. Onunla könüllü olaraq cinsi əlaqədə olmuşam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Nuranənin sözlərinə görə, Əsəd ilə ər-arvad münasibətində cinsi əlaqədə olublar. O qeyd edib ki, Əsəddən şikayətçi deyil.

Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində baxılıb. Əsədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib.